Vaşinqton İranın uranı zənginləşdirmə və ballistik raket hazırlığı üzrə bütün proqramlarının qadağan edilməsinə çalışmalıdır ki, İslam Respublikası nüvə silahı əldə edə bilməsin.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasına təqdim olunan qətnamə layihəsində qeyd olunur.
“Sənəddə qeyd olunur ki, Nümayəndələr Palatası İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə uranın zənginləşdirilməsi, silah istehsalı və ballistik raketlərin daşıma sistemləri ilə bağlı istənilən fəaliyyətə daimi və nəzarət oluna bilən qadağanın tətbiqini dəstəkləyir,” – deyə qətnamə layihəsində bildirilir.
Bundan əlavə, sənəddə Böyük Britaniya, Fransa və Almaniyaya ABŞ-la koordinasiyalı şəkildə sanksiya rejiminin təmin olunması, gərginliyin azaldılması və danışıqların bərpası məqsədilə Tehrana diplomatik təzyiq göstərmək çağırışı da yer alıb.