İsrail Müdafiə Ordusu Yəmən ərazisindən İsrail istiqamətində növbəti raket hücumunun qeydə alındığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, məlumat qurumun rəsmi Telegram kanalında paylaşılıb.
Bildirilib ki, İsrailin bir neçə bölgəsində hava hücumu xəbərdarlıq siqnalları eşidilib. İsrail Hərbi Hava Qüvvələri tərəfindən Yəməndən buraxılan raket uğurla ələ keçirilib və zərərsizləşdirilib.