Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindəki Daçnoye kəndi və Sum vilayətindəki Bessalovka kəndini nəzarətə götürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“’Mərkəz’ qrupunun bölmələrinin aktiv və qətiyyətli əməliyyatları nəticəsində Dnepropetrovsk vilayətindəki Daçnoye kəndi azad edilib,” — deyə Rusiya müdafiə nazirliyinin məlumatında bildirilir.
Bessalovka kəndində isə “Şimal” hərbi qruplaşması fəaliyyət göstərib.
Birinci bölgədə Ukrayna ordusunun yerləşmə məntəqələri Dimitrov, Krasnoarmeisk, Suvorov, Muravka, Rodinsk və Qrişino ərazilərində olub. İkinci bölgədə isə Pisarivka, Zapselye, Olşanka, Xrapovşina, Yunakovka, Sadki, Varachino və Bititsa kəndləri yaxınlığında yerləşiblər.