Moskvanın Taqanski Məhkəməsi məşhur sosial şəbəkə TikTok-u 7 milyon rubl cərimələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalında məlumat verilib.
Sosial şəbəkə İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.50-ci maddəsinin 3-cü hissəsini pozmaqda təqsirli bilinib. Belə ki, TikTok dəfələrlə sosial şəbəkənin sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyib. Mesajda platformanın hansı göstərişlərə məhəl qoymadığı göstərilməyib.
Məhkəmə saytı 7 milyon rubl cərimələyib.