Makron: Avropa Ukraynanı heç vaxt tək qoymayacaqbackend

Makron: Avropa Ukraynanı heç vaxt tək qoymayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya parlamentində çıxışı zamanı bildirib ki, Avropa ölkələri Ukraynanı heç vaxt tək qoymayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Makron qeyd edib ki, “istəkli ölkələr koalisiyası” məhz bu birliyin və dəstəyin göstəricisidir.

“Bu koalisiya göstərdi ki, avropalılar Ukraynanı heç vaxt tərk etməyəcək”, – deyə o vurğulayıb.

Fransa Prezidenti həmçinin qeyd edib ki, Rusiya Ukraynada irəlilədikcə, təhlükə Avropaya daha da yaxınlaşır. Onun sözlərinə görə, Avropa “güc sahibinin haqlı olması” ideyasını qəbul etmir.

Fransa prezidenti qeyd edib ki, London və Paris atəşkəsin əldə olunması və davamlı sülh üçün danışıqların başlanmasına çalışacaq.