ABŞ BRIKS ölkələrinə qarşı 10%-lik rüsum tətbiq edəcəkbackend

ABŞ BRIKS ölkələrinə qarşı 10%-lik rüsum tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BRIKS ölkələrinə qarşı 10%-lik idxal rüsumu tətbiq edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yaxşı, əgər onlar BRIKS-in üzvüdürlərsə, təkcə bu üzvlüyə görə 10% rüsum ödəməli olacaqlar”, – deyə Tramp Ağ Evdə kabinet iclasında bildirib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton BRIKS-in “antiamerikan siyasətini” dəstəkləyən ölkələrə qarşı əlavə 10%-lik ticarət rüsumları tətbiq edəcək. ABŞ Prezidenti əlavə edib ki, bu məsələ ilə bağlı istisnalar nəzərdə tutulmur.