Ukrayna PUA-ları bölgəni hədəfə aldıbackend

Ukrayna PUA-ları bölgəni hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətində on yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, FPV tipli dron Şebekino şəhərində fərdi yaşayış evinə hücum edib. Şebekinski rayonunun Meşkovskoe kəndindəki zərbələr nəticəsində bir fərdi evin şüşələri sınıb, həmçinin rabitə infrastrukturu zədələnib.

Qladkov bildirib ki, FPV-dronlardan biri həmçinin Novaya Tavoljanka kəndində partlayıb, Bondarenkov ferması da hücuma məruz qalıb. Bundan əlavə, Malomixaylovka, Baytsurı, Qruşevka, Borisovka, Volçya Aleksandrovka kəndləri və Yekaterinovka ferması da dron hücumlarına məruz qalıb.

Qubernatorun sözlərinə görə, hücumlar zamanı xəsarət alan olmayıb.