Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa ölkələrinin Rusiya ilə əməkdaşlığı bərpa etməsi mümkündür.
NOCOMMENT.az xəbər verir ki, o, bu fikrini BBC-nin Ukrayna xidmətinə verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Rusiya ilə “sonsuz müharibə” aparmaq mümkün deyil və bu cür yanaşma Qərb ölkələrinin maraqlarına uyğun gəlmir.
“Belə yanaşma ehtimal ki, hər birimiz üçün daha çox insan tələfatına və iqtisadi baxımdan ciddi itkilərə gətirib çıxaracaq. Biz haradansa başlamaq istəyirik və məcburuq”, – deyə Çexiya Prezidenti vurğulayıb.
Petr Pavel qeyd edib ki, Rusiya ilə Ukrayna məsələsi üzrə sülh sazişinə nail olunması Avropa üçün təhlükəsizlik məsələlərinin Moskva ilə müzakirəsinə başlamaq imkanı yaradardı. O əlavə edib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması əvvəlki əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin bərpasına yol aça bilər.