Bir ailənin 5 üzvü 8 rəqəminin qurbanı oldu – Müəmmalı hadisənin TƏFƏRRÜATLARI – VİDEObackend

Bir ailənin 5 üzvü 8 rəqəminin qurbanı oldu – Müəmmalı hadisənin TƏFƏRRÜATLARI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin avqustun 8-i ailədə 3 yaşlı qız, sentyabrın 8-i nənə və baba, bu il iyunun 8-i ailənin daha bir azyaşlı üzvü, bu gün iyulun 8- i isə ailənin gəlini dünyasını dəyişib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Ağstafadakı bu ailədə ölüm halları müxtəlif ayların 8-nə təsədüf edir.

Rayonun Qırılı kənd sakini Şəfayət İsmayılova bu gün yaşadığı evdə pəncərəni təmizləyən zaman yıxılıb. Gənc qadın hadisə yerində dünyasını dəyişib.

Bu Qırılı kəndində İsmayılovlar ailəsində son bir ildə qeydə alınan 5-ci ölüm hadisəsidir. Bununla da 6 nəfərdən ibarət ailənin 5-ci üzvü dünyasını dəyişib. Məraqlı məqam isə odur ki, hadisələrin hamısı ayın 8-i tarixlərində baş verib.

Şəfayət İsmayılovanın meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Ağstafa rayonlararası zona mərkəzinə gətirilib.

Faktla bağlı araşdırmalara başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.