ABŞ Ukraynaya yardımı təsadüfənmi dayandırdı? – NYT-dən şok iddiabackend

ABŞ Ukraynaya yardımı təsadüfənmi dayandırdı? – NYT-dən şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukrayna ordusuna bəzi sursatların tədarükünü dayandırmaq qərarı təsadüfi olub və bu, Kiyevə göstərilən yardım proqramlarının yenidən nəzərdən keçirilməsi məqsədi daşımayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.

“Ukraynaya tədarükün dayandırılması təsadüfi olub və ABŞ-ın silah ehtiyatlarını yoxlamaq məqsədilə edilməyib,” – deyə adı açıqlanmayan iki mənbəyə istinadən qeyd olunur.

Məqalə müəllifləri bildirirlər ki, qərarın müzakirəsi və qəbulunda Pentaqon və Ağ Evdən konkret hansı məmurların iştirak etdiyi hələlik bəlli deyil.