Makron-Putin danışığı: Fokusda İran və nüvə təhlükəsizliyibackend

Makron-Putin danışığı: Fokusda İran və nüvə təhlükəsizliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron 1 iyul tarixində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışığın məqsədi İranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədə (NSYM) iştirakının qorunub saxlanması üçün səylərin əlaqələndirilməsi olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu Valeurs qəzetinə müsahibəsində məlumat verib.

“Beş nüvə dövləti – NSYM-nin təminatçıları – fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlıq etməlidirlər. Məhz buna görə prezident rusiyalı həmkarı ilə əlaqə saxlayıb,” – deyə nazir bildirib.

Lekornu qeyd edib ki, bu cür əlaqələr Soyuq Müharibə dövründə tətbiq edilən “qırmızı telefon” praktikasına uyğundur.

Qeyd edək ki, bu, 2022-ci ilin sentyabrından bəri Makronla Putinin ilk telefon danışığıdır. Nazir, həmçinin, Fransa ilə Rusiya arasında nüvə təhlükəsizliyi mövzusunda mütəmadi təmasların davam etdiyini də təsdiqləyib.