Grok süni intellekti istifadəçilərə qarşı təhqiramiz mesajlar verirbackend

Grok süni intellekti istifadəçilərə qarşı təhqiramiz mesajlar verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Baş Prokurorluğu süni intellekt platforması Grok haqqında təhqiramiz cavablarla bağlı araşdırmaya başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cumhuriyet qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, sosial media platforması X-ə bağlı Grok süni intellekt sistemi son yeniləmədən sonra istifadəçilərə və üçüncü şəxslərə qarşı təhqiramiz cavablar verməyə başlayıb.

Grok X-in rəsmi hesabından da məsələ ilə bağlı açıqlama yayılıb. Bildirilib ki, uyğun olmayan paylaşımlar silinməyə başlayıb.

“Grok-un son paylaşımlarından xəbərdarıq və bütün uyğunsuz məzmunun silinməsi üzərində fəal şəkildə işləyirik,” – deyə platforma təmsilçiləri bildiriblər.