Azərbaycanda psixi və davranış xəstələri olan şəxslərin sayı açıqlanıb.
NOCOMMENT.az bu barədə Xəzər Xəbər-ə istinadən xəbər verir.
Dövlət Statistika Komitəsi-nin məlumatına görə son beş ildə ölkədə 34 257 nəfərdə psixi və davranış pozuntuları qeydə alınıb. Onlardan 25 000-dən çoxunu kişilər, 9 000-ə yaxınını isə qadınlar təşkil edir.
Həkim psixiatr Zaur Qasımov kişilərin sayca üstün olmasının səbəbini ailələrin oğlan övladlarının üzərinə daha çox məsuliyyət yükləməsi ilə izah edir.
Psixiatr, həmçinin qeyd edir ki, əksər insanlar psixoloji problemlər yaşadıqda insanlar nə deyər düşüncəsi ilə psixoloqo və ya psixiatra deyil nevropatoloqa müraciət edirlər, bu isə bəzən yalnış diaqnoz və müalicəyə səbəb olur.
Psixiatrın sözlərinə görə nevroloji və psixi problemlər müəyyən oxşarlıqlara malik olsa da, onları bir-birindən ayıran mühüm fərqlər mövcuddur.
Həkim onu da qeyd edir ki, azyaşlı uşaqlarda göz kontaktının olmaması, ətrafa laqeyd yanaşma, ani qışqırmalar kimi davranışlar psixi pozuntuların əlaməti ola bilər. Belə hallarda vaxtında mütəxəssisə müraciət edilməsini və zəruri müalicələrin dərhal başlanmasını tövsiyyə edir.
Daha ətraflı videoda: