Ukraynaya məxsus daha 2 pilotsuz təyyarə VURULDUbackend

Ukraynaya məxsus daha 2 pilotsuz təyyarə VURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, PUA-lar Moskva vaxtı ilə saat 13:00 radələrində vurulub. Yerə düşən qalıqlarla bağlı dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisədən qısa müddət əvvəl Krım ərazisində daha bir Ukrayna PUA-sı növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bundan əlavə, Müdafiə Nazirliyi məlumat verib ki, çərşənbə günü səhər saatlarında Rusiya PVO sistemləri Belqorod vilayəti üzərində beş Ukrayna pilotsuz təyyarəsini məhv edib.