Əliyev və Paşinyanın Əbu-Dabi görüşü: Rusiyasız razılıq əldə etmək şansı?backend

Əliyev və Paşinyanın Əbu-Dabi görüşü: Rusiyasız razılıq əldə etmək şansı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında vasitəçilərsiz və ilk dəfə beynəlxalq sammitlər çərçivəsindən kənar ikitərəfli görüş keçirilir.

NOCOMMENT.az-ın BBC-ə istinadən məlumatına görə Ekspertlər deyirlər ki, Əbu-Dabi görüşü iki ölkənin razılaşma əldə etmək üçün yeni cəhdi ola bilər, yəni Rusiyanın vasitəçiliyi olmadan…

BBC iki liderin nə haqda danışacağını və onların arasında sülhün nə qədər uzaq olduğunu araşdırıb.

“Zəngəzur dəhlizi” yoxsa “Sülh qovşağı”
Erdoğan və Pashinyan

Əbu-Dabi görüşündə iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və digər həllini tapmayan məsələlər müzakirə olunacaq, fikri ilə Ermənistan hökumətinin hesablaşdığı, Azərbaycan və Türkiyə ilə barışıq ideoloqu, tarixçi Jirayr Liparityan hesab edir.

Ermənistanla Azərbaycan Dağlıq Qarabağa görə otuz ildən çox düşmən olublar, indi isə bunu heç müzakirə etmirlər. 2020-23-cü illərdə Azərbaycan əraziyə nəzarəti bərpa edib, Qarabağ erməniləri Ermənistana qaçıb, Yerevan isə bölgəyə iddialarından əl çəkib.

Lakin iki ölkə arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Bunlardan biri Azərbaycan ərazisini onun Naxçıvan eksklavı ilə birləşdirməli olan yol məsələsidir. Bu mövzu Əbu-Dabidə əsas müzakirə mövzusu olacaq, erməni politoloq Tiqran Qriqoryan hesab edir.

Bakı “Zəngəzur dəhlizi” tələb edir – Ermənistan vasitəsilə fasiləsiz rabitə. Rusiya özünü bu prosesdə regional kommunikasiyaların açılmasından faydalanacaq vasitəçi kimi görürdü və baş nazir müavini Aleksey Overçuk danışıqlarda fəal iştirak edirdi. Moskva istəyirdi ki, Ermənistandan keçən yola FSB sərhəd xidməti tərəfindən nəzarət edilsin.

Yerevan təkid edirdi ki, belə ssenari Ermənistanın suverenliyinə ziddir və onun ərazisindən keçən yüklər yoxlanılmalıdır. Paşinyan, həmçinin FSB-nin layihədə iştirakını istəmirdi.

Alternativ olaraq o, Mərmərə dənizi ilə Xəzər dənizi və Qara dənizlə Fars körfəzi arasında ən qısa marşrut yaradacaq “Sülh qovşağı” layihəsini təklif edir. Bu layihədə Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutulur.

Bakının Kremllə münasibətləri son bir neçə aydır ki, xeyli pisləşib və indi onlar da kommunikasiyaların açılmasında Rusiyanın iştirakını istəmirlər.

“Azərbaycan, görünür, artıq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçid təmin etməkdə Rusiya üçün yer görmür. Bu, hər iki tərəfə kommunikasiyalar məsələsinin müzakirəsində irəliləyiş imkanı yaradır”, – Rusiya və Avrasiya Araşdırmaları Berlin Karnegi Mərkəzinin elmi işçisi Zaur Şiriyev deyir.

Yanaşmada dəyişiklik Ermənistanın təklif etdiyi kompromisləri, məsələn, yüklərin yoxlanılması üçün beynəlxalq təhlükəsizlik şirkətinin cəlb edilməsini aktual edir. Tərəflər hazırda Amerika şirkətinin iştirakı ilə Washington-la bu variantın həyata keçirilməsini müzakirə edirlər, regional ekspert Olesya Vartanyan yazıb.

Bu barədə Paşinyanla Əliyev arasında görüşün tarixini və yerini ilk olaraq dərc edən jurnalist Tatul Hakopyan da məlumat verib.

Rəsmi Yerevan və Bakı bu məlumatı təsdiqləməyib.

ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı iki tərəf arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini deyib və bu da prosesdə ABŞ-ın rolu olduğundan xəbər verir.

Hələ yazda adının açıqlanmasını istəməyən bir erməni diplomat BBC-yə demişdi ki, Yerevan Donald Trump-ın sülhməramlı bacarıqlarını nümayiş etdirmək fürsəti kimi, Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasını Ağ Evə təqdim etməyə çalışıb.

Türkiyə də iki ölkə arasında sərhədlərin açılmasında maraqlıdır. iyun ayında Paşinyan Prezident Recep Tayyip Erdoğanın dəvəti ilə İstanbula tarixi səfər edib. Bundan sonra mətbuatda Ermənistan ərazisindən keçən yolun kompromis variantının müzakirə olunduğu ilə bağlı məlumat yayılıb.

“Ankara sülh müqaviləsinin bağlanmasını və yolların açılmasını istəyir ki, gələcəkdə bu müqavilə Cənubi Qafqazın geosiyasətində yeni dövr açacaq”, – Bakıdan müstəqil tədqiqatçı Şücaət Əhmədzadə deyir. Amma o, Ankaranın Azərbaycana zidd hərəkət etməyəcəyini vurğulayır.

Əgər kommunikasiyalar Moskvanın iştirakı olmadan açılarsa, bu, Cənubi Qafqazda Rusiyanın təsirinə böyük zərbə olar, Tiqran Qriqoryan qeyd edir.

Əliyev və Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni mart ayında razılaşdırılıb, lakin imzalanmayıb. Əliyev bir neçə ilkin şərt irəli sürür: Ermənistan konstitusiyasının dəyişdirilməsi, orada Dağlıq Qarabağdan bəhs edən başqa bir sənədə istinad var; mandatı Qarabağ münaqişəsini nizmlamaq olan ATƏT-in Minsk qrupunun buraxılması; Aİ müşahidəçilərinin sərhədin Ermənistan tərəfindən çıxarılması.

Paşinyan açıq şəkildə bildirib ki, bütün bu güzəştlərə getməyə hazırdır və sülh müqaviləsi ilə yanaşı, ATƏT-in Minsk Qrupu və avropalı müşahidəçilərdən eyni vaxtda imtina etməyi təklif etdi.

Amma Ermənistan konstitusiyası məsələsi daha mürəkkəbdir – onu dəyişdirmək, çətin ki, 2026-cı ilin yayına qədər baş tutsun, onun nəticələrini isə qabaqcadan ehtimal etmək mümkün deyil. Əgər Bakı bu şərtdə israr etməkdə davam edərsə, sülhün bağlanması ən azı bir il, yaxud qeyri-müəyyən müddətə təxirə salına bilər.

“Mən əminəm ki, konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər. Konstitusiyanın dəyişdirilməsi yeganə variant deyil və əminəm ki, Bakıda bunun nə qədər mürəkkəb proses olduğunu başa düşürlər”, – Jirayr Liparityan BBC-yə deyib.

Ermənistan alternativ variantlar təklif edir, məsələn, sülh müqaviləsində onun hər iki ölkənin daxili qanunvericiliyindən üstün olmasını qeyd etmək.

Paşinyan onu da bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edə bilər ki, o, Qarabağdan bəhs edən başqa bir sənədə istinad olan konstitusiyanın preambulası ilə ziddiyyət təşkil etmir – və bununla ərazi iddiaları ilə bağlı Azərbaycanın narahatlığını aradan qaldırar.

Bu variantların Əliyevi qane edib-etməyəcəyi məlum deyil. Bununla belə, iki liderin beynəlxalq vasitəçilər olmadan ayrıca görüş keçirməsi faktının özü “irəli getmək” deməkdir, Zaur Şiriyev deyir.

“Bu məsələdə irəliləyiş mütləq o demək olmayacaq ki, hansısa böyük bəyanat veriləcək və ya saziş bağlanacaq. Düşünürəm ki, hətta hər iki tərəfin öz mövqelərini açıq şəkildə ifadə etdiyi görüş real irəliləyiş olacaq”, – Şiriyev BBC-yə bildirib.

Şücaət Əhmədzadə öz növbəsində ehtimal edir ki, Əbu-Dabidə keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanması ilə bağlı – imzalanma tarixi və yeri kimi – texniki məsələlər müzakirə oluna bilər.

Liparitianın nöqteyi-nəzərindən, Əbu-Dabidəki görüş, ilk növbədə, ona işarədir ki, qeyri-müəyyənlik və bir sıra paralel qlobal münaqişələr şəraitində Ermənistan və Azərbaycan liderləri vasitəçi olmadan durub-oturur və birbaşa əlaqə saxlayırlar.