ABŞ administrasiyasında Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı anlaşılmazlıqların səbəbi Müdafiə Nazirliyindəki (Pentaqon) daxili atmosferdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.
“Silah tədarükünün dayandırılması məsələsində administrasiyada anlaşılmazlıq “Pentaqondakı atmosfer”lə bağlıdır”, – deyə məlumatda bildirilir.
Nəşrdə qeyd edilir ki, ABŞ Müdafiə naziri Pit Heqset ilə nazirliyin siyasi məsələlər üzrə rəhbəri Elbric Kolbi arasında qarşılıqlı fəaliyyətlə bağlı qeyri-müəyyənlik mövcuddur.
Mənbənin bildirdiyinə görə, Donald Trampın hakimiyyətə qayıdışından sonra bəzi dövlət qurumlarında qəbul olunmuş idarəçilik qaydaları böyük ölçüdə nəzərə alınmır. Bu isə qərarların qəbulunda müxtəlif “təsadüfi hallara” yol açır.