Hava hücumundan müdafiə (HHM) sistemləri Moskva istiqamətində hərəkət edən Ukrayna pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
NOCOMMENT.az xəbər verir ki, .bunu şəhərin meri Sergey Sobyanin öz Telegram kanalında yazıb.
“Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir”, – deyə o vurğulayıb.
Bundan əlavə, iyulun 10-da Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, son sutka ərzində HHM sistemləri Ukraynaya məxsus 185 ədəd təyyarə tipli PUA-nı vurub. Həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan beş idarə olunan aviasiya bombası da məhv edilib.