Azərbaycan yığması FİFA reytinqində geriləyibbackend

Azərbaycan yığması FİFA reytinqində geriləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli komandaların yeni FİFA reytinqi açıqlanıb.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması yenilənmiş siyahıda 122-ci pillədə qərarlaşıb.

Komandamızın aktivində 1148 xal var. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv əvvəlki reytinqlə müqayisədə 3 pillə geriləyib və 2,64 xal itirib.

Bu geriləməyə iyun ayında keçirilən yoldaşlıq oyunları səbəb olub. Yığmamız evdə Macarıstana 1:2 hesabı ilə uduzub, səfərdə isə Belarusla 0:0 hesablı heç-heçə edib.

Qeyd edək ki, FİFA reytinqinə 1885,36 xalla Argentina milli komandası başçılıq edir.