NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxırbackend

NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsində (NASA) yüksək vəzifə tutan 2 145 əməkdaş agentliyi tərk edəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri sərəncamında olan sənədlərə istinadən yazır.

Materialda qeyd olunur ki, işdən çıxarılan əməkdaşların əksəriyyəti dövlət xidmətində rəhbər vəzifələrə uyğun olan GS-13 – GS-15 səviyyəli vəzifələri tuturlar. Onlar işçi sayının azaldılması siyasətindən narazıdırlar.

İxtisarlar NASA üçün çətin bir dövrdə baş verir. Prezident Donald Trampın administrasiyası dövründə ABŞ-ın kosmik sənayesi və 18 000 əməkdaşı olan NASA heyəti, onlarla elmi proqramı ləğv edəcək gözlənilən işdən çıxarılmalar və təklif olunan büdcə ixtisarları səbəbindən qeyri-müəyyənliklə üzləşib.