“Kontakt Home” xarab mal satmağa davam edir… Şikayətlər səngimir – FOTObackend

“Kontakt Home” xarab mal satmağa davam edir… Şikayətlər səngimir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məişət texnikası satışını həyata keçirən “Kontakt Home”dan şikayətlər səngimir. Yeni soyuducu alan alıcı peşman olub.

NOCOMMENT.az tribunainfo.az-a istinadən xəbər verir ki, şikayətçi Fatimə Məmmədli bu barədə Feysbukda məlumat paylaşıb. O bildirib ki, yeni alınan soyuducunun səsindən evdə oturmaq mümükün deyil:

“Yaxınlarda “Kontakt Home”dan soyuducu almışdıq. Bir tək fəhlə kürəyində gətirib qoydu həyətin ortasına, getdi. Qonşudan kömək istədik və soyuducunu evə qaldırdıq. Soyuducu 3 saat qaldı, sonra işlətdik. Sanki soyuducu yox bir mator almışıq. Səsindən adam əsəb olur. Zəng etdik soruşduq, dedilər, təzədir, keçib gedəcək. Bəli, keçib getdi, bir həftədən sonra yenidən daha çox gurultu başladı.

Səsini eşidənlər deyir xarabdır. Təzə alınan soyuducu nə tez xarab oldu axı? Zəng edirəm, deyir, ustaya 10 manat verəcəksən, sonra dedilər 20 manat verəcəksən. Dünən də 25 manat istədilər. 3 il zəmanəti olan soyuducuya usta baxırsa, buna niyə pul ödəməliyəm?.

Soyuducunun gurultu səsini onlara da göndərmişəm. Onlar ancaq pul ödə, usta baxsin deyir. Nə edim, bilmirəm”.

Qarşı tərəfi dinləməyə hazırıq.