Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAMbackend

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, Sərəncama əsasən, dövlətimizin başçısı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 650 min manat ayırıb.

Həmin Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə tapşırılıb.\\“Unikal”