Sobyanin: Moskva PUA-larla mübarizədə PVO sistemini hərtərəfli dəstəkləyirbackend

Sobyanin: Moskva PUA-larla mübarizədə PVO sistemini hərtərəfli dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva meri Sergey Sobyanin şəhərin pilotsuz uçuş aparatları (PUA) ilə mübarizədə hava hücumundan müdafiə (PVO) sisteminə hərtərəfli dəstək verdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, bu dəstək texnoloji nailiyyətlərdən istifadə, informasiya dəstəyi, yeni mövqelərin inşasına yardım və Müdafiə Nazirliyi, Rosqvardiya, Daxili İşlər Nazirliyi, 112 xidməti, mülki əhali və şəhər fövqəladə xidmətləri də daxil olmaqla müxtəlif qurumlarla koordinasiyanı əhatə edir.

“Biz öz tərəfimizdən bütün texnoloji imkanlarımızla hava hücumundan müdafiə qüvvələrinə yardım göstəririk”, – deyə Sobyanin vurğulayıb.

O qeyd edib ki, bu birgə fəaliyyət nəticəsində ciddi sınaqlardan çıxmış və yüksək etibarlılıq səviyyəsinə malik effektiv bir sistem qurulub.