Almaniya kansleri Fridrix Mersin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı bəzi müraciətlər və Ukraynaya təzminat ödənilməsi çağırışları onun özünü Avropanın “superlideri” kimi göstərmək istəyi ilə bağlıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Qazeta.Ru”ya danışan Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci sədr müavini Vladimir Cabarov belə bildirib.
“Fikrimcə, Mers özünü Avropanın superlideri hesab edir, lakin bunun üçün heç bir əsas yoxdur. Bu cür qalmaqallı bəyanatlar nə Almaniya ordusunun gücünə, nə də alman silahlarının qüdrətinə əsaslanır. Bütün bunlar Birinci və İkinci Dünya müharibəsindəki rəzil məğlubiyyətlərə görə Rusiyadan qisas almaq istəyinə söykənir”, – deyə senator bildirib.
Cabarov qeyd edib ki, Almaniya kansleri Rusiyadan Ukraynanın bərpası üçün pul tələb etməzdən əvvəl, ölkəsinin İkinci Dünya müharibəsindən sonra SSRİ-yə nə qədər təzminat ödədiyini xatırlamalıdır.
Xatırladaq ki, Fridrix Mers Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda Rusiya rəhbərliyinə müraciət edib. Onun Putinə ünvanladığı mesaj belə olub: “Biz təslim olmayacağıq”.
Kansler, həmçinin, Rusiyanın Ukraynaya “maddi ziyana görə” 500 milyard avro ödəməli olduğunu bildirib. Onun sözlərinə görə, bu məbləğ ödənilməyənə qədər Rusiya Federasiyası dondurulmuş aktivlərinə çıxış əldə etməməlidir və edə bilməz.