Volkswagen Çindəki zavodunu ilin ikinci yarısında mərhələli şəkildə bağlayacaqbackend

Volkswagen Çindəki zavodunu ilin ikinci yarısında mərhələli şəkildə bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman avtomobil konserni Volkswagen Çindəki zavodunu ilk dəfə olaraq bağlamaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Handelsblatt nəşri məlumat yayıb.

“Volkswagen və onun Çinli tərəfdaşı SAIC Nankindəki birgə zavodlarını bağlayır. Handelsblatt-a vəziyyətlə tanış olan bir neçə mənbənin bildirdiyinə görə, istehsal artıq dayandırılıb. Zavodun bağlanması mərhələli şəkildə, ilin ikinci yarısı ərzində həyata keçiriləcək”, – deyə nəşrdə qeyd olunur.

Qərarın qəbuluna əsas səbəb kimi bazarda artan rəqabət və logistika ilə bağlı çətinliklər göstərilir. Bildirilir ki, SAIC və Volkswagen-in Nankindəki zavodu şəhər mərkəzinə yaxın sənaye zonasında yerləşdiyindən, onun yenidən qurulması da çətinlik yaradırdı.