Danimarka Moldovanın müdafiə qabiliyyətini gücləndirmək üçün 7 milyon dollar ayıracaqbackend

Danimarka Moldovanın müdafiə qabiliyyətini gücləndirmək üçün 7 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka və Moldova arasında Moldova Silahlı Qüvvələrinin gücləndirilməsinə yönəlmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lunn Poulsen Kişinyovda keçirilən mətbuat konfransında bildirib. 

Saziş çərçivəsində Danimarka hökuməti dörd il ərzində 7 milyon dollar maliyyə vəsaiti ayıracaq. Bildirilir ki, bu vəsait hərbi hazırlığa və kibertəhlükəsizlik sahəsində mübarizəyə yönəldiləcək.

Nazirin sözlərinə görə, 1 noyabrdan etibarən Moldovada Danimarkanın hərbi attaşesi fəaliyyətə başlayacaq. Poulsen əlavə edib ki, Danimarka həmçinin Ukraynaya dəstək göstərmək imkanlarını Moldova ilə əməkdaşlıq çərçivəsində nəzərdən keçirir. Bu zaman Moldova və onun müdafiə sektorunun dayanıqlığının gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.