Rusiya lideri Ukraynanın müdafiəsinin tezliklə çökəcəyinə inanır – NYTbackend

Rusiya lideri Ukraynanın müdafiəsinin tezliklə çökəcəyinə inanır – NYT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın ona qarşı yaranmış məyusluğuna baxmayaraq, onun təzyiqlərini nəzərə almaq niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti mənbələrə istinadla yazır.

Məqalədə qeyd olunur ki, Rusiya lideri döyüş meydanında üstünlüyünün artdığına inanır və yaxın aylarda Ukraynanın müdafiəsinin çökə biləcəyini düşünür.

NYT-nin məlumatına görə, Putin Trampla dialoqu bərpa etmək naminə Ukraynadakı məqsədlərindən imtina etməyə hazır deyil. Müəllif vurğulayır ki, Rusiya prezidenti, Ukraynanın onun tələbləri qarşısında “təslim olmasına” nail olmaq üçün ABŞ lideri ilə münasibətləri riskə atmağa hazırdır.