Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilibbackend

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kq olan 6215 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.