Almaniya Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemi verə bilməyəcək, çünki ölkədə “cəmi altı belə kompleks qalıb”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “The Financial Times” qəzetinə açıqlamasında bildirib.
Nazir həmçinin qeyd edib ki, Berlin hələ də Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərmək niyyətində deyil. Almaniya hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır, baxmayaraq ki, Ukrayna yenidən bu silahların verilməsini xahiş edib.