Blumental: Qərb Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi planlaşdırırbackend

Blumental: Qərb Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ senatoru Riçard Blumental bildirib ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərindən (Avropada 300 milyard dollar, ABŞ-da 5 milyard dollar) istifadə edərək onun davranışını dəyişdirməyi və danışıqlar masasına oturtmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Senator qeyd edib ki, Avropa ölkələrinin bu aktivlərə (o cümlədən faizlərə) çıxış əldə etməsi üçün planlar hazırlanır, ABŞ isə özündə olan 5 milyard dollarlıq vəsaitdən istifadə edə bilər. Plana həmçinin NATO-nun bu aktivlərin bir hissəsini Ukraynaya verməsi və həmin vəsaitlə ABŞ-dan silah alışı üçün istifadə etməsi də daxildir.

Bundan əvvəl digər amerikalı senator Lindsi Qrem Rusiyaya qarşı geniş sanksiyalar paketinin hazırlanmaqda olduğunu bildirmişdi. O, bu təşəbbüsü ABŞ Prezidenti Donald Trampın gözlənilən çıxışı ilə əlaqələndirib, lakin təfərrüatları açıqlamayıb.