Rusiya hava hücumundan müdafiə sistemləri 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin atdığı 120 təyyarə tipli pilotsuz təyyarəni vurub.
NOCOMMENT.az xəbər verir ki, иu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, eyni vaxt ərzində HHM sistemləri Ukraynaya məxsus üç idarəolunan aviasiya bombası da məhv edib.
İyulun 14-ü səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində ölkənin müxtəlif regionları üzərində ümumilikdə 11 təyyarə tipli PUA ələ keçirilib. Ukrayna dronları tərəfindən həyata keçirilən hücum saat 20:30-dan səhər 07:00-a qədər davam edib (Moskva vaxtı ilə).
Ən çox hədəf Orlov vilayətində vurulub – burada 6 PUA məhv edilib. Bryansk vilayətində 2, Krım və Kursk vilayətlərində isə hərəyə 1 pilotsuz aparat vurulub. Qara dəniz akvatoriyası üzərində də bir PUA məhv edilib.