Ağ Ev Trampın Rusiyaya zərbələr endirmək çağırışını təkzib edibbackend

Ağ Ev Trampın Rusiyaya zərbələr endirmək çağırışını təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Britaniyanın “Financial Times” qəzetinin dərc etdiyi məlumatın əksinə olaraq ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya qarşı yeni zərbələr endirməyə çağırmadığını bəyan edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Newsweek” jurnalına məsələni şərh edərkən bildirib.

“Prezident Tramp sadəcə sual verdi, daha çox qan tökülməsini təşviq etmədi. O, qan tökülməsinə və bu müharibəyə son qoymaq üçün yorulmadan çalışır”, – o deyib.