ABŞ Prezidenti Donald Tramp özünü aldadıb, çünki Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyini düşünürdü.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə amerikalı politoloq, Çikaqo Universitetinin professoru Con Mirşaymer məlumat verib.
“Putin onu aldatmayıb. Putin bu məsələdə, xüsusilə Trampla söhbətlərində, əvvəldən açıq və birbaşa olub. Sizə Putinin mövqeyi xoş gəlməyə bilər, lakin bu mövqe əvvəldən tam aydın idi”, – deyə Mirşaymer bildirib.
Professorun fikrincə, Putin Trampa Ukraynadakı münaqişənin Rusiyanın baxış bucağından izahını təqdim etməyə çalışsa da, ABŞ lideri bunu başa düşməyib. Nəticədə danışıqlar çıxılmaz vəziyyətə düşüb. Mirşaymer əlavə edib ki, ABŞ Prezidenti məsələnin köklü səbəblərini anlamadığı üçün “bu fars artıq neçə aydır davam edir”.
Mirşaymer yekun olaraq vurğulayıb: “Tramp özünü aldatdı”.