2025-ci ilin I yarısında “Bank of Baku”nun banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 97.25% azalaraq 14.55 min manatdan 400 manata enib.
NOCOMMENT.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, “Bank of Baku”nun banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri də azalıb.
Belə ki, ötən ilin eyni dövründə 2 milyon 218,31 min manat olan bu göstərici 2025-ci ilin birinci yarısında 1 milyon 580,34 min manat təşkil edib.
“Bank of Baku“nun ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində də azalma qeydə alınıb. Ötən ilin müvafiq dövründə 2 milyon 357.51 min manat olan faiz gəlirləri cari ildə 2 milyon 8.96 min manata qədər azalıb.
Faiz gəlirlərinin azalmasına baxmayaraq, bankın demək olar ki, bütün istiqamətlər üzrə faiz xərclərində artım qeydə alınıb.
Qeyri-faiz gəlirlərinə daxil olan xarici valyutada əməliyyatlardan bank 619,57 min manat zərərə düşüb. Qiymətli kağızların satışı və yenidən qiymətləndirilməsi nəticəsində isə bankda 52,48 min manatlıq zərər yaranıb.
Bundan başqa, bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri, yəni borcu artaraq 124 milyon 425,58 min manatdan 157 milyon 146,41 min manata yüksəlib. Nəticədə bank hesabat dövründə 844,9 milyon manat faiz ödənişi edib. Kreditlər üzrə faiz ödənişlərin 100 milyon manata yaxın artıb.