ABŞ administrasiyası Suriyaya qarşı sanksiyaları aradan qaldırmağa davam etmək niyyətindədir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Regionda gözlənilən imkanları reallaşdırmaq üçün bir sıra sanksiyaların ləğvi lazımdır”, – o qeyd edib.
Uolts əlavə edib ki, təsdiq olunacağı təqdirdə ABŞ-nin müttəfiqləri ilə birlikdə bunun üzərində işləyəcək. O xatırladıb ki, sanksiyalar İranın təsirinə və keçmiş prezident Bəşər Əsəd rejiminə qarşı tətbiq olunub.
Hansı məhdudiyyətlərin qaldırılacağı məlum deyil.