Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların 18-ci paketi ilə bağlı razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti- yə istinadən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər siyahısına “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə məhdudiyyətlər, həmçinin Rusiya neftinə yeni qiymət tavanının tətbiqi daxildir.