Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Modenis” MMC-yə (“eManat”) ödəniş xidmətlərinin göstərilməsi üçün verilmiş lisenziyada “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” xidməti ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, “APA-Economics” bu barədə Mərkəzi Banka istinadən məlumat yayıb.
Bildirilib ki, “Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib.
Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.
“Modenis” MMC fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.