Rusiya xarici işlər naziri Sergey Lavrov NATO rəhbərlərinin və Avropa rəsmilərinin Rusiya əleyhinə bəyanatlarını narahatedici siqnal adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS yayıb.
“Hazırda bizə qarşı irəli sürülən hədələr — məsələn, Almaniyanın müdafiə nazirinin rus əsgərlərini öldürməyə hazır olduqlarını bəyan etməsi, NATO rəhbərlərinin Kalininqrad vilayətinə preventiv zərbə endirəcəklərinə dair açıqlamaları — bunlar, yəqin ki, normal düşüncəyə sahib hər bir insan üçün Brüsseldə, Berlində, eləcə də Paris və Londonda hansı planların hazırlandığı ilə bağlı ciddi narahatlıq doğurur,” – deyə Lavrov bildirib.