Gəncədə mənzildən 67 yaşlı kişinin meyiti aşkarlanıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev küçəsində yerləşən binaların birində baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində həmin ünvada bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində sözü gedən ünvandan 1958-ci il təvəllüdlü Y.Hüseynzadənin meyiti aidiyyəti üzrə təhvil verilib. Məlumata görə 67 yaşlı kişi ürəktutmadan ölüb.
Fakt araşdırılır.\\“Unikal”