İsrail Ordusu Qəzzada bəzi ərazilərdə gündəlik 10 saatlıq humanitar fasilələr elan edirbackend

İsrail Ordusu Qəzzada bəzi ərazilərdə gündəlik 10 saatlıq humanitar fasilələr elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə hərbi fəaliyyətin “yerli taktiki fasiləsi”ni həyata keçirəcəyini elan edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu fasilə hər gün saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Ordu bildirib ki, bu “fasilə” İsrail Müdafiə Qüvvələrinin hazırda quru qoşunları ilə fəaliyyət göstərmədiyi bölgələrdə, o cümlədən əl-Mavasi, Deyr əl-Bəla və Qəzza şəhərində həyata keçiriləcək və “ikinci xəbərdarlığa qədər hər gün” davam edəcək.

Bundan əlavə, ordu saat 06:00-dan 23:00-a qədər “BMT və humanitar yardım təşkilatlarının ərzaq və dərman çatdırmaq və paylamaq üçün Qəzza zolağında təhlükəsiz keçidlərini təmin etmək məqsədilə” xüsusi “təhlükəsiz marşrutlar” təyin edəcəyini qeyd edib.