Bu ilin iyun ayında Bakıda yeni tikililərdə mənzillərin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox olub.
Köhnə tikili mənzillər isə 12,2 % bahalaşıb.
NOCOMMENT.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə müsahibəsində “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin sədri Vüqar Oruc deyib.
Xezerxeber.az-ın məlumatına görə, Vüqar Oruc deyib ki, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,5 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.
Ekspert deyir ki, hazırda ən bahalı daşınmaz əmlak torpaqdır. Daşınmaz əmlakın ən baha satışa çıxarıldığı rayonlar isə Səbail, Yasamal, Nəsimidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.