Türkiyənin Bursa vilayətində meşə yanğını səbəbindən təxliyə edilən sakinlərin sayı təxminən iki minə çatıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yanğın Gürsu və Kestel rayonlarında dağlıq ərazidə baş verib, güclü külək səbəbindən yanğın sürətlə böyüyüb.
Qarahıdır, İğdır və Avdancık kəndlərində 480 evin 1765 sakini təxliyə edilib.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu keçirdiyi brifinqdə Gürsudakı yanğının lokallaşdırıldığını, lakin onun tam aradan qaldırılmadığını bildirib. Onun sözlərinə görə, yanğının söndürülməsinə 1,8 minə yaxın yanğınsöndürən və 500-ə yaxın texnika cəlb olunub.
Daha əvvəl bağlanan Bursa-Ankara avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa edilib.
Yanğınlar zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən gün Türkiyə hakimiyyəti anomal istilər fonunda irimiqyaslı meşə yanğınları ilə əlaqədar Mersin və Karabük əyalətlərinin bir sıra rayonlarının 1,3 mindən çox sakinini təxliyə edib.