“Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə məlumat doğrudur”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə axar.az-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib.
Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”nun Lujniki ərazisindəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib.
Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək problemin müvəqqəti həllinə nail olub.
Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayırlar.
Həmçinin vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.
Qeyd edək ki, “Mash” teleqram kanalı “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Rəhman Xəlilov isə mediaya açıqlamasında bunu təkzib etmişdi.