Reuters: Tayvan lideri yaxın zamanda xarici ölkələrə səfər etməyəcəkbackend

Reuters: Tayvan lideri yaxın zamanda xarici ölkələrə səfər etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan adası administrasiyasının rəhbəri Lay Qinqde Latın Amerikası ölkələrinə və Birləşmiş Ştatlara nəzərdə tutulan səfərini hava şəraiti səbəbindən təxirə salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Səfərin yeni tarixləri açıqlanmayıb. Səfərin təxirə salınmasının səbəbi kimi Tayvanda hökm sürən əlverişsiz hava şəraiti ilə yanaşı, Taybeylə Pekin və Vaşinqton arasında rüsumlar və tariflərlə bağlı danışıqların uzanması da göstərilir.

Tayvan administrasiyasının nümayəndəsi Karen Ko jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Lay Qinqdenin xarici səfərləri planlaşdırılmır.