İran İsrail və ABŞ-ın yeni hücumuna cavab verməyə hazır olduğunu bildiribbackend

İran İsrail və ABŞ-ın yeni hücumuna cavab verməyə hazır olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi bildirib ki, İran İsrail və ABŞ-ın yeni hücumuna cavab verməyə hazırdır. 

NOCOMMENT.az bildirir ki, onun sözlərini İran Müdafiə Nazirliyinin rəsmi qəzeti Defa Press sitat gətirib.

Hərbçi deyib: “Biz ABŞ və sionist rejimin [İsrailin] sözlərinə və vədlərinə etibar etmirik. Biz də gələcəkdə onların hücumunu dəf etməyə tam hazırıq”.