Nazirlik öhdəliyini vaxtında yerinə yetirməyib – 43 min manat borcu varbackend

Nazirlik öhdəliyini vaxtında yerinə yetirməyib – 43 min manat borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi dövlət büdcəsinə ödəməli olduğu vergiləri vaxtında ödəməyib.

NOCOMMENT.az yeniavaz.com.az-a istinadən xəbər verir ki, idarənin 1 avqust 2025-ci il tarixinə olan vergi borcu ümumilikdə 43 min 473 manat 58 qəpik təşkil edir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi vergi ödəyicisi kimi 23 fevral 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xırdalan şəhəri, M. Rəsulzadə, ev 1-də yerləşən İdarəyə Baxışov Elxan Sərxan oğlu rəhbərlik edir.