Messi “İnter Mayami”nin matçında zədələnibbackend

Messi “İnter Mayami”nin matçında zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın “Nekaks” komandası ilə ev oyununda zədələnib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.

Matçdan sonra “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.

Messinin 38 yaşı var, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Messi karyerası ərzində İspaniyanın “Barselona” və Fransanın “Pari Sen-Jermen” klublarında çıxış edib. Argentinalı səkkiz “Qızıl top”un qalibidir. Argentina millisi ilə Messi Dünya Kubokunu (2022) və Amerika Kubokunu (2021, 2024) qazanıb.