Güclü yağış gözləntiləri ilə əlaqədar Çin paytaxtının səlahiyyətliləri şəhərin beş rayonunda ən yüksək təhlükə səviyyəsini tətbiq ediblər.
NOCOMMENT.az xəbər verir ki, Çin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, güclü yağış avqustun 4-dən 7-nə qədər davam edəcək.
İyulun 29-da “Ming Pao” qəzeti Pekində leysan yağışlar səbəbindən 80 min insanın təxliyə edildiyini yazıb. Nəşr əlavə edib ki, zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.\\“Unikal”