Almaniya, Rusiya ilə münaqişə ehtimalı fonunda hərbi kolonlar üçün xüsusi mərkəzlər yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Focus Online”a müsahibəsində Bundevserin yeni ərazi müdafiə diviziyasının komandanı, general-mayor Andreas Henne məlumat verib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra Avropada təhlükəsizlik vəziyyəti köklü şəkildə dəyişib.
“Biz müttəfiq qüvvələrin daşınmasının problemsiz həyata keçirilməsinə nəzarət edirik. Bu məqsədlə bizim konvoylara dəstək mərkəzlərimiz var. Onları hərbçilər üçün bir növ ‘pit-stop’ adlandırmaq olar”, — deyə Henne bildirib.