Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Kiyevə səfəri mümkündür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Ərdoğan yaxın günlərdə Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə Kiyevə səfər edəcək. Səfərin gündəliyinə azad ticarət sazişi ilə yanaşı, münaqişənin sülh yolu ilə həllinə dair səylərin davam etdirilməsi də daxildir”, – deyə xəbərdə bildirilir.