Dövlət Su Ehtiyatları Agentliyinin bu idarəsi 25 min manatlıq guşələr yaradırbackend

Dövlət Su Ehtiyatları Agentliyinin bu idarəsi 25 min manatlıq guşələr yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti yeni satınalma ilə gündəmə gəlib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qurum guşələrin yaradılması və bədii tərtibat mallarının satın alınması məqsədilə 25.920,67 manat məbləğində vəsait ayırıb.

Layihə çərçivəsində iki ayrı guşənin – Qarabağ regional bölməsi və Lənkəran-Astara regional bölməsi üzrə qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Agentliyə hazırda Zaur Mikayılov rəhbərlik edir. Bu qurum son dövrlər müxtəlif bölgələrdə həyata keçirdiyi layihələrlə diqqət mərkəzinə düşür.